Yevlaxda iki mərtəbəli ev yanıb

Yevlaxda iki mərtəbəli ev yanıb
  23 İyul 2017    Oxunub:1082
Yevlaxda yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 56 m2 sahədə və məişət əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yevlax   Yanğın   Ev   FHN  





Xəbər lenti