Xaçmazda bir gündə 4 mağaza yanıb

Xaçmazda bir gündə 4 mağaza yanıb
  23 İyul 2017    Oxunub:1170
Xaçmazda yanğın qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz şəhərində Mərkəzi bazarın qarşısında vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 242 m2 olan 4 mağazanın yanar konstruksiyaları 170 m2 sahədə yanıb.

Bitişik mağazalar və bazar yanğından mühafizə olunub.

Yanğın saat 07:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Xaçmaz   Yanğın   FHN   Mağaza  





Xəbər lenti