“Bakı – Supsa kəməri təhlükə altındadır” – XİN rəhbəri

“Bakı – Supsa kəməri təhlükə altındadır” – XİN rəhbəri
  22 İyul 2017    Oxunub:2034
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Kaspsk bələdiyyəsi ərazisində işğalçılar tərəfindən müəyyənləşdirən yeni demarkasiya xəttini qiymətləndirib. AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, nazir Bakı-Supsa kəmərinin Karapila kəndində işğal edilən ərazilərə təhlükəli dərəcədə yaxındır.
Canelidze bəyan edib ki, təxribatçı hərəkətlərin qarşısını almaq üçün bu məsələni xarici tərəfdaşlarla müzakirə etməyə cəhd edəcək.
“Biz bu təxribat xarakterli prosesi dayandırmaq üçün tərəfdaşlarımızla birgə işləyirik. Anlamaq lazımdır ki, bu açıq təxribatdır və bu dərhal dayandırılmalıdır”, - deyə nazir bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Gürcüstan   Bakı-Supsa  





Xəbər lenti