Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə
  22 İyul 2017    Oxunub:1223
Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyəti prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət uğurla davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, iyulun 1-dən 7-dək Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) “Təcrübə elmə qovuşur” mövzusunda keçirilən sayca 4-cü Yay Akademiyasında (IACSA) Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları Natiq Eyvazov və Ziya Hacıyev təmsil ediblər.

40-a yaxın dövlətin nümayəndələrinin iştirak etdiyi tədbirdə bir sıra nüfuzlu elm və araşdırma mərkəzlərinin professorları, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri mü¬tə¬şək¬kil cinayətkarlığın ən təhlükəli təzahürü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında qabaqcıl mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr edilib.

Tədbir iştirakçıları praktiki tapşırıqların həllində aktiv iştirak etmiş, müxtəlif mövzular üzrə təqdimatlar keçirilmiş, eləcə də interaktiv şəkildə keçirilən təlim zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Az inkişaf etmiş ölkələrin nümayəndələrinin Akademiyada təhsil alaraq mənsub olduqları ölkələrdə korrupsiyaya qarşı mübarizəyə öz töhvələrini verə bilmələri üçün Yay Akademiyasının iştirakçılarının təşəbbüsü ilə könüllü ianə toplanılaraq IACA-nın təqaüd fonduna təqdim edilib. Mütərəqqi addım kimi qiymətləndirilən bu təşəbbüs təşkilat tərəfindən sertifikatlaşdırılıb.

Tədbirin sonunda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunub.

AzVision.az



Teqlər: Baş-Prokurorluq   Antikorrupsiya-Akademiyası  





Xəbər lenti