Qəbələdə 5 otaqlı ev yanıb

Qəbələdə 5 otaqlı ev yanıb
  22 İyul 2017    Oxunub:1020
Səhər saatlarında Qəbələdə yanğın faktı qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən veridiyi xəbərə görə, rayonun Məlikli kəndində vətəndaşa məxsus ümumi sahəsi 163 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 09:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti