Mahmud Abbas İsraillə bütün əlaqələri dondurdu

Mahmud Abbas İsraillə bütün əlaqələri dondurdu
  22 İyul 2017    Oxunub:1728
Fələstin Dövlətinin prezidenti Mahmud Abbas televiziya ilə xalqa müraciət edib.
M.Abbas İsrail hökuməti ilə bütün əlaqələrin dondurulduğunu bəyan edib.

Fələstin lideri həmçinin BMT Təhlükəsizlik Şurasını Şərqi Qüdsdə müqəddəs yerlərin müdafiəsinə yönələn addımlar atmağa çağırıb.

Bu gün Qüdsdə Məbəd dağında yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb. Kütləvi iğtişaşlara "Əl-Əqsə" məsçidi yaxınlığında metal detektorlarının quraşdırılması səbəb olub. (APA)

AzVision.az


Teqlər: Fələstin   İsrail  





Xəbər lenti