Abşeronda mağaza yanıb

Abşeronda mağaza yanıb
  22 İyul 2017    Oxunub:1288
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kvadrat metr olan mağazanın zirzəmisində 20 m2 sahədə tikinti materialları yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Abşeron   Mağaza   Yanğın  





Xəbər lenti