Lerik sakini bədbəxt hadisənin qurbanı olub

Lerik sakini bədbəxt hadisənin qurbanı olub
  22 İyul 2017    Oxunub:1948
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə ərazisində qanunsuz ağac kəsən şəxs üzərinə ağac düşməsi nəticəsində dünyasını dəyişib. Hadisə saat 16 radələrində müəssisənin 15 saylı dolayında baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Lerik rayonunun Çayrud kənd sakini 1953-cü il təvəllüdlü Tərzan Muradov müəssisənin Vizəzəzmin meşəbəyliyindəki dolaya özbaşına daxil olaraq qanunsuz ağac kəsərkən həmin ağac onun üzərinə düşüb. Nəticədə T.Muradov yerindəcə keçinib. Ərazisində ağac kəsintisi ilə bağlı məlumat alan Vizəzəzmin meşəbəyliyinin 15 saylı dolayının meşə gözətçisi Əflatun Almasov hadisə yerinə gəlib və qanunsuz ağac kəsən şəxsin ağacın gövdəsi altında qaldığının şahidi olub. Meşə gözətçisi dərhal hadisə ilə bağlı müəssisənin rəhbərliyinə və rayon polis şöbəsinə məlumat verib.

Baş vermiş hadisə ilə əlaqədar Lerik rayon polis şöbəsində araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər: Lerik  





Xəbər lenti