AMEA-nın Nizamnaməsində dəyişikliklər edilib
1.5-ci bənd aşağıdakı redaksiyada verilir:
“1.5. Akademiya öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri, mütəxəssisləri, elmi xidmət və sosial xidmət sahəsi işçilərini birləşdirir.”.
8.19.3-cü yarımbənd aşağıdakı redaksiyada verilir:
“8.19.3. Akademiyanın elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin və digər elmi müəssisə və təşkilatların elmi-tədqiqat fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.”.
Bundan başqa, 14.4-cü bənd aşağıdakı redaksiyada verilir:
“14.4. Akademiya dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşdirilir.”.
AzVision.az