Ağdaşda ev yanıb

Ağdaşda ev yanıb
  21 İyul 2017    Oxunub:1144
Bu gün Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində vətəndaşa məxsus ümumi sahəsi 76 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 56 m2 sahədə və ev əşyaları qismən yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti