Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr

Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
  21 İyul 2017    Oxunub:6078
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyuldan 14 avqustdək saat 18:00‑dək DİM (Gənclik binası, AZ1110, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır.

Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibəyə 8 dövlət orqanı üzrə 41 vakant yer çıxarılıb. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri Mədəniyyət və Turizm Nazirliyi (1 vakansiya), Kənd Təsərrüfatı Nazirliyi (1 vakansiya), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (15 vakansiya), Dövlət Statistika Komitəsi (12 vakansiya), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (9 vakansiya), Gəncə Apellyasiya Məhkəməsi (1 vakansiya), Cəbrayıl Rayon Məhkəməsi (1 vakansiya) və Gəncə şəhəri Nizami Rayon Məhkəməsindədir (1 vakansiya).

Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər.

AzVision.az


Teqlər: DİM   imtahan  





Xəbər lenti