Fazil Məmmədov vətəndaşları qəbul edib

Fazil Məmmədov vətəndaşları qəbul edib
  21 İyul 2017    Oxunub:2924
Bu gün vergilər naziri Fazil Məmmədovun Ağsu rayonunda Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün qəbulu keçirilib.
Bu barədə AzVision.az-a Nazirliyin media və kommunikasiya mərkəzindən məlumat verilib. Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər: Fazil-Məmmədov  





Xəbər lenti