“Azneft” İstehsalat Birliyi hesabat verdi

“Azneft” İstehsalat Birliyi hesabat verdi
  21 İyul 2017    Oxunub:2675
Ötən altı ay ərzində “Azneft” İstehsalat Birliyinin bütün idarə və struktur birləşmələrində qarşıya qoyulmuş işlər uğurla yerinə yetirilib.
AzVision.az xəbər verir ki, cari ilin ötən dövrü ərzində yeni quyuların istismara verilməsi, hasilatın artırılması üçün infrastrukturun təkmilləşdirilməsi, yeni texnologiyaların mənimsənilməsi istiqamətində mühüm işlər görülüb. 2017-ci ilin altı ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə 3 milyon 71,5 min ton neft və 2 milyard 557,2 milyon kubmetr qaz hasil edilib. Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi
bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 6 ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 36 quyu qazılaraq istismara verilib.

Yeni quyuların qazılması nəticəsində 22 138 ton neft hasil edilib. Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 320 geoloji tədbir keçirilib, nəticədə 101 539 ton neft hasil edilib ki, bu da plana qarşı 47 tədbir çox və 40093 ton artıq neft deməkdir.

Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 20894 ton plana qarşı 26304 ton neft hasil edilib. Ötən altı ayda fəaliyyətsiz quyu fondundan 33 quyu nəzərdə tutulduğu halda, 55 quyu istismara qaytarılıb. Bu quyulardan isə 15321,5 ton əlavə neft alınıb.

AzVision.az


Teqlər: Neft   Azneft  





Xəbər lenti