Ötən gün 8 qəza olub - 3 ölü, 9 yaralı

Ötən gün 8 qəza olub - 3 ölü, 9 yaralı
  21 İyul 2017    Oxunub:1179
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 102 cinayət faktı qeydə alınıb. Onların da 21-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş səkkiz yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti