Maşından 3000 ədəd siqaret tapıldı

Maşından 3000 ədəd siqaret tapıldı
  21 İyul 2017    Oxunub:983
Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində sağ və sol yan örtüklərin altında və qabaq sağ qanadın altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: siqaret   DGK  





Xəbər lenti