Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
  21 İyul 2017    Oxunub:1354
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.
AzVision.az-ın məlumatına görə, əvvəlki reytinq cədvəlində 22-ci pillədə qərarlaşan Azərbaycan mövqeyini qoruyub.

Ölkəmiz bu nəticəyə hesabına əlavə xallar yazdırmaqla nail olub. “Qəbələ” səfərdə Polşa “Yagelloniya”sını məğlub etməklə Azərbaycanın hesabına 0,250 xal qazandırıb. Evdə Rumıniya “Astra”sı ilə qolsuz heç-heçə edən “Zirə”nin isə 0,125 qazanıb.

Son 5 ilin nəticələrinə əsasən Azərbaycan 17,000 reytinq xalı ilə 22-ci pillədə qərarlaşıb.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Azərbaycan   UEFA  





Xəbər lenti