Gömrükdə əməliyyat - Külli miqdarda araq aşkarlandı

Gömrükdə əməliyyat - Külli miqdarda araq aşkarlandı
  21 İyul 2017    Oxunub:1467
Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb.
Komitənin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib. Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik "Nemiroff" adlı araqlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   İçki  





Xəbər lenti