İrəvanda yaşlı kişi intihar etdi

İrəvanda yaşlı kişi intihar etdi
  21 İyul 2017    Oxunub:1054
Ermənistan paytaxtı İrəvanda 69 yaşlı kişi həyat yoldaşının gözü qarşısında intihar edib.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, hadisə Ermənistan paytaxtının Malatiya-Sebastiya rayonunda baş verib.

Məlumata əsasən intihar edən şəxs özünü 5-ci mərtəbədə yerləşən mənzilinin pəncərəsindən atıb.

Ermənistan polisinin məlumatına görə, hadisə zamanı onun həyat yoldaşı da evdə olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti