Xəzərdə çimmək qadağan edildi

Xəzərdə çimmək qadağan edildi
  20 İyul 2017    Oxunub:1646
İranın Xəzər sahillərində yerləşən vilayət çimərliklərində aparılan yoxlamalardan sonra 13 çimərliyin suyundan istifadə qadağan olnub.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, İranın Xəzər sahillərində yerləşən 56 çimərlikdən Mazandaranda 10, Gilanda 2, Gülüstanda isə 1 çimərlikdə çimmək qadağan olunub.

Qeyd olunur ki, həmin çimərliklər təhlükə həddinin yüksək olduğunu göstərən "sarı bayraq"la nişanlanıb. Burada dəniz suyunun çirklənməsinin əsas mənbəyi olaraq isə dənizə axıdılan kanalizasiya və çirkab suları göstərilib.

AzVision.az


Teqlər: Xəzər  





Xəbər lenti