Prezident keçmiş nazirə fəxri ad verdi

Prezident keçmiş nazirə fəxri ad verdi
  20 İyul 2017    Oxunub:1815
Prezident İlham Əliyev Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə Əvəz Əkbər oğlu Ələkbərova “Əməkdar müəllim” fəxri adı verilib.

Qeyd edək ki, Əvəz Ələkbərov 1999-2006-cı illərdə maliyyə naziri olub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiridir.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti