Bakı sakinini Sumqayıtda maşın vurdu

Bakı sakinini Sumqayıtda maşın vurdu
  20 İyul 2017    Oxunub:1660
Sumqayıt bulvarının ərazisində piyadanı maşın vurub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, iyulun 19-da saat 18 radələrində Sumqayıt şəhərinin Yeni Bulvar ərazisində şəhər sakini Kənan Cabbarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Sərhəddin Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti