“Neftçilər Xəstəxanasında qeyri-qanuni işlər görülmür” - Mircəlal Kazımi

“Neftçilər Xəstəxanasında qeyri-qanuni işlər görülmür” - Mircəlal Kazımi
  20 İyul 2017    Oxunub:2695
“Qara transplantasiya işləri qəbul olunmazdır. Çünki orqan köçürülməsi işinin tək tibbi deyil, həm də hüquqi tərəfi var. Qanunvericilikdə də qanunsuz iş yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xəstəxanaya müayinə gələn bütün xəstələrin hamısı Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunanlardır: “Ona görə də bizim xəstəxanada heç bir qeyri- qanuni işlər görülmür”.

Şəhanə Rəhimli
AzVision.az



Teqlər: Neftçilər-Xəstəxanası   transplantasiya  





Xəbər lenti