Data Mərkəzinin veb saytı istifadəyə verildi

Data Mərkəzinin veb saytı istifadəyə verildi
  20 İyul 2017    Oxunub:1875
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yeni fəaliyyətə başlayan Data Mərkəzinin veb saytını ictimaiyyətə təqdim edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, Data Mərkəzi və onun təklif etdiyi infrastruktur əsaslı xidmətlərə artan tələbat və maraq nəzərə alınaraq Data Mərkəzi üçün xüsusiləşdirilmiş veb sayt istifadəyə verilib. Sayt beynəlxalq data mərkəzləri və onların nəzdində analoji xidmətlər təklif edən dünya üzrə tanınmış şirkətlərin təcrübəsi əsasında yaradılıb. “www.datamerkezi.az” saytı Data Mərkəzi, onun xüsusiyyətləri, infrastruktur həlləri və onların əsasında formalaşan müxtəlif kommersiya təklifləri ilə tanışlıq üçün vahid platforma rolunu oynayır.

Sayt vasitəsilə istifadəçilər Data Mərkəzinin ümumi xarakteristikası, onun texniki təchizatı haqqında məlumat əldə etməklə yanaşı, öz tələb və ehtiyaclarına uyğun olan infrastruktur həllərinə dair sorğular da yönləndirə biləcəklər.

Ən son dövri texnologiyalardan istifadə edilməklə keyfiyyətli telekommunikasiya xidmətləri göstərməyi özünə məqsəd seçən “AzInTelecom”un Data Mərkəzi 2016-cı ilin sonunda istismara verilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

AzVision.az



Teqlər: NRYTN   Data-Mərkəzi  





Xəbər lenti