BMT Qüds probleminin həlli şərtlərini açıqladı

BMT Qüds probleminin həlli şərtlərini açıqladı
  20 İyul 2017    Oxunub:1197
İki xalq üçün iki dövlət prinsipi əsasında nizamlanmanın əldə olunması fələstinlilərin hüquqlarının bərpa olunması üçün yeganə qəbul olunan həll yoludur.
AzVision.az xəbər verir ki, bunu Bakıda Qüds məsələsi ilə bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença bildirib.

"Danışıqlar prosesinin dalana dirəndiyi hazırki durum və Fələstinə məxsus ərazilərdə Yəhudi yaşayış məskənlərinin tikilməsinin genişləndirilməsi iki tərəf arasında olan uçurumu daha da dərinləşdirir",- BMT nümayəndəsi vurğulayıb.

Yença qeyd edib ki, fələstinlilərin hələ də humanitar yardıma ehtiyacı var:"BMT münaqişənin həlli üçün səylərini davam etdirir. Yalnız birgə hərəkət edərək biz mövcud münaqişənin həllində irəliləyişə nail ola bilərik".

Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az



Teqlər: BMT   Fələstin   Bakı  





Xəbər lenti