Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib

Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
  20 İyul 2017    Oxunub:1373
İyulun 19-da Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sazişin siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunan bu danışıqlarda tərəflər arasında məhsuldar fikir mübadiləsi aparılıb.

Danışıqların növbəti raundunun görüşlər, eləcə də video konfranslar vasitəsilə davam etdirilməsinə dair razılıq əldə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Avropa-İttifaqı   Azərbaycan  





Xəbər lenti