Ticarət mərkəzində yanğın olub

Ticarət mərkəzində yanğın olub
  20 İyul 2017    Oxunub:1098
Bərdə şəhərində yanğın olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, “Bərdə” ticarət mərkəzinin ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 612 m2 olan 12 mağazanın yanar konstruksiyaları ümumilikdə 600 m2 sahədə yanıb.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   Hava  





Xəbər lenti