İran ABŞ-a xəbərdarlıq etdi

İran ABŞ-a xəbərdarlıq etdi
  20 İyul 2017    Oxunub:1255
"ABŞ İranın sərhədlərindən 1000 kilometr məsafəyə qədər ərazilərdə yerləşən bazalarını ləğv etməlidir".
AzVision.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı mayor Məhəmməd Cəfəri bildirib.

M.Cəfərinin sözlərinə görə, Vaşinqton İrana qarşı sanksiyalar siyasətini davam etdirəcəksə, bu şərtə əməl olunmalıdır:

"Ölkənin havada, suda və quruda raket gücü sürətlə artır. Bu, sövdələşmə, yaxud danışıqlar mövzusu ola bilməz".

Qeyd edək ki, bundan əvvəl ABŞ İrana qarşı sanksiyaları genişləndirdiyini bildirmişdi.

AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti