Daha bir qohumu Vidadi İskəndərovdan imtina etdi – VİDEO

Daha bir qohumu Vidadi İskəndərovdan imtina etdi – VİDEO
  20 İyul 2017    Oxunub:9913
Hazırda xaricdə yaşayan və özünü “hüquq müdafiəçisi” kimi qələmə verərək, Azərbaycan əleyhinə iş aparan Vidadi İskəndərovun qardaşı ilə anasının Prezident İlham Əliyevə açıq məktub ünvanlamaları haqqında xəbər vermişdik.
Bu gün Vidadi İskəndərovun daha bir qohumu – Hüseynov Ramin Sahib oğlu da ondan imtina edib. O, bunu yazdığı açıq məktubda bildirib.

- “Qohumum” adlandırılan Vidadi İsgəndərovun çirkin hərəkətlərinə ciddi etirazımı bildirmək qərararına gəldim və bu müraciəti yazmağa vadar oldum,- deyə o, bildirib. - Onunla bağlı müxtəlif yazılarda mənim adımın bir yerdə hallandırılmasma qəti etiraz edirəm. Düzdür, onun bacısı qızı mənim həyat yoldaşımdır. Lakin nə həyat yoldaşım, nə də mən çirkin əməllərlə məşğul olan Vidadi Isgəndərovu qəbul etmirik, onu çoxdan unutmuşuq, onunla heç bir əqidə bağlılığımız, yaxınlığımız yoxdur və ola da bilməz. Çünki saxtakarlığı və şarlatanlığı özünə peşə seçən bu adamda nəinki əqidə, ümumiyyətlə, insana xas olan hər hansı bir keyfiyyət belə yoxdur.

Ramin Hüseynov daha sonra vurğulayır ki, ləyaqət və şərəf hissini itirən belə adamlar təkcə ailəyə yox, doğulduğu torpağa da ləkədir: “Vidadi İsgəndərov kimi üzdəniraq hüquq müdafıəçiləri heç şübhəsiz ki, kimlərinsə əlində vasitədir. Əgər belə olmasaydı, onda hamı kimi o da Azərbaycanın uğurlarını, ölkədə həyata keçirilən siyasətin real nəticələrini görə bilərdi. Mən və ailə üzvlərim görülən bu işlərlə qürur duyur, Azərbaycan prezidenti, o cümlədən I Vitse-prezidentə dərin minnətdarlığımızı bildiririk. Bəyan edirik ki, biz hər zaman dövlətimizin, onun liderinin yanındayıq, aparılan uğurlu daxili və xarici siyasəti dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik”.





Teqlər:





Xəbər lenti