Sumqayıtda kütləvi zəhərlənmə: 12 nəfər xəstəxanalıq oldu

Sumqayıtda kütləvi zəhərlənmə: 12 nəfər xəstəxanalıq oldu
  19 İyul 2017    Oxunub:1730
Sumqayıtda kütləvi zəhərlənmə baş verib.
Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev AzVision.az-a bildirib ki, dünən axşam radələrində şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə havada ekoloji durumun dəyişməsi nəticəsində bir sıra insan zəhərlənib.

“Dünən 12 nəfər Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına müraciət edib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Zəhərlənmə açıq havada olduğu üçün ciddi fəsadlaşma olmadı”.

Qeyd edək ki, həmin şəxslərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində olan müəssisələrdən birinin qarşısından keçərkən qazdan zəhərlənməsi barədə məlumat yayılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sumqayıt   zəhərlənmə  





Xəbər lenti