Xəzər rayonunda yanğın olub

Xəzər rayonunda yanğın olub
  19 İyul 2017    Oxunub:1104
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 4 tonu yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqda olan tövlədən 9 baş iribuynuzlu və 1 baş xırda buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti