“Həmsədrlər Məmmədyarov-Nalbandyan görüşünü hazırlayır” - Lukaşeviç

“Həmsədrlər Məmmədyarov-Nalbandyan görüşünü hazırlayır” - Lukaşeviç
  19 İyul 2017    Oxunub:1229
ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü hazırlayırlar.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün Moskva-Vyana videokörpüsündə bildirib.

"Bildiyimə görə, həmsədrlər öz səylərini intensivləşdirməkdə davam edir, Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlaşırlar. Yüksək səviyyədə yeni görüşün hazırlığı baxımından tərəflərlə işin səviyyəsinin artırılması üçün tədbirlər görüləcək".

AzVision.az





Teqlər: XİN   Azərbaycan   Rusiya   Ermənistan   Dağlıq-Qarabağ   ATƏT  





Xəbər lenti