Taksi sürücüsünü aldadıb avtomobilini qaçırdılar

Taksi sürücüsünü aldadıb avtomobilini qaçırdılar
  19 İyul 2017    Oxunub:1485
Bakıda avtomobil qaçırılması hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 19-da saat 1.00 radələrində naməlum şəxs Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturub Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qobustan qəsəbəsi ərazisində həmin şəxs sürücünü aldadaraq düşürüb və avtomobili qaçırıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Baxışovla birgə Şamaxı RPŞ-yə təhvil verilib.

AzVision.az


Teqlər: DİN   taksi  





Xəbər lenti