Çavuşoğlu Bakıdan Ermənistana xəbərdarlıq etdi

Çavuşoğlu Bakıdan Ermənistana xəbərdarlıq etdi
  19 İyul 2017    Oxunub:8005
“Nazirlərin həm ikili həm də üç tərəfli görüşü zamanı regional məsələləri müzakirə etdik”. AzVision.az xəbər verir ki, bunu Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bakı-Tbilisi-Qars dəmiyolu xətti layihəsi tamamlandı və bu gün sınaq yürüşləri başlayacaq. Payız aylarında səfərlərin həyata keçirilməsinə başlanılacaq. Bu il qardaş Türkmənistanda prezidentlərin zirvə görüşü keçiriləcək. Bugünkü görüş sammitə hazırlıq görüşü idi”.

N. Çavuşoğlu bildirib ki, Türkmənistanda keçiriləcək ölkə başçılarının zirvə görüşündə enerji məsələlərlə yanaşı digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq. O, ekspertlərin 2018-2020-ci illəri əhatə edən Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığına dair “Yol xəritəsi” üzərində çalışdığını da söyləyib.

M. Çavuşoğlu ermənilərin hücumu nəticəsində Füzulidə şəhid olan iki mülki şəxsin ölümü ilə əlaqədar başsağlığı verib və Ermənistanı təxribatlara son qoymağa çağırıb:“Ermənistan bu təhrikedici addımlarına son qoymalıdır. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Mən ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatları daha aktiv şəkildə səy göstərməyə çağırıram”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Alxanlı   Türkiyə   cəbhə   erməni-təxribatı   XİN  





Xəbər lenti