“Bu qara ləkəni daşımaq istəmirik” - Vidadi İskəndərovun doğmaları Prezidentə məktub yazdı (VİDEO)

“Bu qara ləkəni daşımaq istəmirik” - Vidadi İskəndərovun doğmaları Prezidentə məktub yazdı (VİDEO)
  19 İyul 2017    Oxunub:16045
Hazırda xaricdə yaşayan və özünü “hüquq müdafiəçisi” kimi qələmə verərək, Azərbaycan əleyhinə iş aparan Vidadi İskəndərovun qardaşı ilə anası Prezident İlham Əliyevə açıq məktub ünvanlayıblar.
“Mən və ailə üzvlərimin bu məktubla Sizin dəyərli vaxtınızı almağımızın səbəbi özünü “hüquq müdafiəçisi” adlandıran, nəslimizin üz qarası, kiçik qardaşım İsgəndərov Vidadi İsgəndər oğlu haqqındadır. Bu şəxs vaxtilə Prokurorluq orqanlarında çalışıb. İşində buraxdığı ciddi nöqsanlara görə Prokurorluq orqanlarından uzaqlaşdırılan Vidadi İsgəndərov özünə Qeyri-Hökumət Təşkilatı yaradaraq, həmin təşkilatın adından ayrı-ayrı dövlət orqanları və vəzifəli şəxslər haqqında sosial şəbəkələrdə böhtan və şantaj xarakterli məlumatlar yayaraq, özünə reytinq qazanmaq istəyib”,- deyə 70 yaşlı İsfəndiyar İsgəndərovun məktubunda bildirilir.

O, daha sonra qeyd edir ki, anası Həbibə İskəndərova başda olmaqla, ailə üzvləri Vidadi İskəndərovu dəfələrlə düzgün yola çağırsalar da, faydası olmayıb.

Məktubda həmçinin xatırladılır ki, Vidadi İskəndərov 2010-cu ildə Parlament seçkilərini pozmağa cəhd edərkən haqqında cinayət işi qaldırılıb, amma Dövlət Başçısı humanistlik göstərərək, onu əfv edib.

“Ölkəmizdə çoxlu sayda partiyalar, QHT-lər və mətbu orqanların azad və demokratik şəraitdə fəaliyyət göstərmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Bu şaraitdən istifadə edə bilməyən həmin aciz insan (insan demək olarsa) öz şəxsi maraqlarını güdərək, xaricdən boş-boş bəyanatlar verməklə, özünü qəhrəman kimi göstərmək istəyir...
Cənab Prezident! Sizin böyüklüyünüzə, humanistliyinizə və alicənablığınıza güvənərək, nəslimizin bu qara ləkədən təmizlənməsi üçün kömək göstərməyinizi xahiş edirik. Bu işdə dövlət və dövlətçilik naminə Sizə hər cür yardımçı olmağa hazırıq”,- deyə məktubun sonunda vurğulanır.



Vidadi İskəndərovun 94 yaşlı anası Həbibə İskəndərova da təxminən eyni məzmunlu məktubunda bildiri ki, “...Son zamanlar yalan, böhtan, şantaj onun həyat tərzi idi. Həyatda bu insanın bir nəfər də olsa, dostu yoxdur. Hamı, ailə üzvlərimiz də ondan bu hərəkətlərinə görə üz döndərib. Biz bu qara ləkəni üzərimizdə daşımaq istəmirik”.



AzVision.az



Teqlər: #Vidadi-İskəndərov  





Xəbər lenti