Əliyev Ərdoğan və Berdiməhəmmədovla görüşəcək

Əliyev Ərdoğan və Berdiməhəmmədovla görüşəcək
  19 İyul 2017    Oxunub:2013
Türkmənistanın paytaxtı Aşqabad şəhərində Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyə xarici içşlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündəki çıxışı zamanı bildirib.

M.Çavuşoğlu qeyd edib ki, zirvə toplantısının ilin sonuna qədər baş tutacağı gözlənilir.

"İlin sonuna kimi Aşqabadda baş tutacaq prezidentlərin sammitinə hazırlıq məsələləri bu gün keçirəcəyimiz görüşdə müzakirə olunacaq", - deyə Türkiyə XİN rəhbəri bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Türkmənistan   Aşqabad  





Xəbər lenti