Bakıda maşın piyadanın üzərindən keçib

Bakıda maşın piyadanın üzərindən keçib
  19 İyul 2017    Oxunub:1330
Bakının Sabunçu rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, iyulun 19-da saat 1.00 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Həsən Həsənov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla 40-45 yaşlı kişini vurub və zərbədən həmin şəxs eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Əhəd Kərimovun idarə etdiyi "Porsche Cayenne" markalı avtomobilin altına düşüb və şəxs hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   Ölüm  





Xəbər lenti