Tbilisidə Azərbaycan əleyhinə təxribat cəhdinin qarşısı alınıb

Tbilisidə Azərbaycan əleyhinə təxribat cəhdinin qarşısı alınıb
  19 İyul 2017    Oxunub:1492
İyulun 18-də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçirilən "Qarabağ"–“Samtredia” oyunu başlamazdan əvvəl bir qrup şəxs Azərbaycan əleyhinə kampaniya aparmağa cəhd göstərib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, vətənpərvər şəxslər bu təxribata imkan verməyib.

Onların müraciəti əsasında Gürcüstan polisi təxribatçıların əlindəki plakatları alıb, qarşıdurma yaratmalarına imkan verməyib.

Təxribatçılara xəbərdarlıq olunub.

AzVision.az


Teqlər: Tbilisi   Azərbaycan  





Xəbər lenti