Sumqayıtda ölən və zəhərlənən FHN əməkdaşlarının adı açıqlandı

Sumqayıtda ölən və zəhərlənən FHN əməkdaşlarının adı açıqlandı
  18 İyul 2017    Oxunub:7080
Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusunda Fövqəladə Hallar Nazirliyinin(FHN) dörd işçisi zəhərlənib.
Bunu AzVision.az-a Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib. O bildirib ki, həmin işçilərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır.

“Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin bir əməkdaşı kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən qazdan boğularaq dünyasını dəyişib. Eyni zamanda mülki vətəndaş da ölüb. Zəhərlənən şəxslər üçün sanaviyasiya və Respublika Toksikologiya mərkəzindən həkim çağırılıb. Onlar müayinə ediləcək və vəziyyətləri imkan verəcəksə, Respublika Toksikologiya mərkəzinə köçürüləcəklər”.

N.Baxşəliyev zəhərlənən şəxslərin adlarını da açıqlayıb: “Yaralananlar Natiq Məmmədov, Zahir Bağırov, Namiq Əhmədov və Ayaz Əliyevdir. Dünyasını dəyişən FHN işçisinin adı isə Ruslan Məmmədovdur”.

Aytən Zəhra
AzVision.az



Teqlər: FHN   Sumqayıt  





Xəbər lenti