Quyuya düşən şəxs və FHN əməkdaşı öldü - Sumqayıtda faciə

Quyuya düşən şəxs və FHN əməkdaşı öldü - Sumqayıtda faciə
  18 İyul 2017    Oxunub:14999
Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb. Bunu AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN)mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.
Qurum rəsmisi bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşı quyuya düşən şəxsi xilas etmək üçün oraya düşüb. Bu zaman əməkdaş qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O.Bayramov qeyd edib ki, hadisə Sumqayıtda 76-cı məhəllədə baş verib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: FHN   Xilasedici  





Xəbər lenti