FİFA-nın vitse-prezident həbs edildi

FİFA-nın vitse-prezident həbs edildi
  18 İyul 2017    Oxunub:1456
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Anhel Mariya Vilyar həbs edilib. AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, onunla birgə oğlu Qorka da saxlanılıb.
Məlumata əsasən Vilyar korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində İspaniya Ali Məhkəməsinin qərarı əsasında həbs olunub.

Həbs edilənlər arasında İspaniya Futbol Federasiyasının vitse-prezidenti, Tenerife federasiyasının başçısı Xuan Pardon və vilayət federasiyasının katibi Ramon Ernandes Bassunun adı var.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: FİFA  





Xəbər lenti