Güclü yağış İstanbulda həyatı iflic edib

Güclü yağış İstanbulda həyatı iflic edib
  18 İyul 2017    Oxunub:2098
İstanbulda ötən gecə saatlarından başlayan leysan yağış şəhərdə ciddi fəsadlar törədib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox magistral yollarda nəqliyyatın hərəkəti dayanıb, bəzi metro stansiyalarını, yeraltı keçidləri, evlərin birinci mərtəbələrini, iş yerlərini su basıb, küçələr keçilməz hala düşüb. İstanbulun əsas nəqliyyat arteriyalarından biri olan Avrasiya tuneli bağlanıb.

Eyni zamanda hava şəraiti ilə bağlı təyyarələr bir müddət havada dövrə vurmağa məcbur olub. Yanacağı azalan təyyarələr digər aeroportlara yönəldilib.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan jurnalistlərə müsahibəsində ölüm hallarının qeydə alınmadığını, bəzi avtomobillərə ziyan dəydiyini bildirib. O, qeyd edib ki, bir kvadratmetrə bir saatda 250 kiloqram yağış yağması fövqəladə hadisədir. Meteoroloqlar isə yağışlı havanın davam edəcəyini bildiriblər.

AzVision.az



Teqlər: İstanbul   yağış  





Xəbər lenti