“Türk iş adamları vergidən yayınmağa çalışır” - Aydın Əliyev

“Türk iş adamları vergidən yayınmağa çalışır” - Aydın Əliyev
  18 İyul 2017    Oxunub:3145
“Bu gün Azərbaycana investiya axını çox böyükdür. 23 il əvvəl əgər ölkəmizə neft hasilatı ilə bağlı investiya yatırılırdısa bu gün qeyri-neft sektoruna investiya yatırılır”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan mallar və məhsullar MDB ölkələrinə gömrük rüsumu olmadan idxal olunur.

“Biz Türkiyə iş adamlarının da bu sahədə aktiv olmasını istəyirik. Təəssüflər olsun ki, Türkiyə mallarının idxalı zamanı biz bir sıra problemlərlə qarşılaşırıq. Bir sıra hallarda bəzi türk iş adamları vergi ödəməkdən yayınmaq üçün ikili invoysa əl atırlar. Bununla da türk iş adamları Azərbaycanda vergidən yayınmağa çalışırlar. Azərbaycanda idxal-ixrac prosedurları üçün hər cür şərait yaradılıb. Mən sizi tanıdığız iş adamlarına düzgün şəkildə işləməyi deməyinizi çağırıram”.

Komitə sədri bildirib ki, son zamanlar gömrük sahəsində qanunvericiliklə bağlı ciddi təkmilləşdirmə işləri aparılır və bunun hesabına Azərbaycan investisiya baxımından olduqca əlverişli məkana çevrilib: “Gömrük sahəsində tətbiq etdiyimiz elektron sənəd mübadiləsi, “Yaşıl”, “Sarı”, “Qırmızı” dəhlizlərin tətbiqi, gömrük rüsumlarından azadolmalar və sair də buna aiddir. Azərbaycanda əlverişli investisiya mühiti formalaşıb”.

Eldar Tanrıverdiyev
Foto:Elvin Abdulla

AzVision.az


Teqlər: DGK   Türkiyə   vergi  





Xəbər lenti