Azərbaycanda ürək transplantasiyasına nə mane olur?

Azərbaycanda ürək transplantasiyasına nə mane olur?
  18 İyul 2017    Oxunub:1477
“Azərbaycanda ürək transplantasiyasından başqa, bütün ürək-damar əməliyyatları həyata keçirilir. İnsanlarda donor olmaq, orqanlarını bağışlamaq istəyini formalaşdırmaq lazımdır. Bu da beyin ölümü baş verən insanlardan götürülə bilər. Azərbaycanda isə ürək köçürülməsi məsələsi əsas problemdən biridir”.
AzVision.az-ın məlumatına görə, bunu Bakı Ürək Mərkəzində keçirilən mətbuat konfransında millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi sahəsində qanunvericilik və tibbi imkanlar baxımından heç bir problem yoxdur: “Bu sahədə əsas problem donor yaxınlarının beyin ölümü keçirən şəxsin ürəyini bağışlamaması ilə bağlıdır”.

R. Mahmudov deyib ki,il ərzində dünyada minlərlə belə əməliyyat həyata keçirilir: “Bu gün dünyada hər doğulan 1000 uşağın 8-12-sində anadangəlmə ürək qüsurları olur. Bu günə qədər dünyada 88 mindən çox insana ürək köçürülüb. Bu da ildə 3500-dən çox insana ürək köçürülməsi deməkdir”.

R.Mahmudov qeyd edib ki, Bakıda ürək şişləri ilə bağlı 25-30 əməliyyat icra olunub ki, bu şişlərin çoxu xoşxassəli olub.

Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az



Teqlər: ürək   transplantasiya  





Xəbər lenti