Dərzi sexində yanğın: Ölən və yaralı var

Dərzi sexində yanğın: Ölən və yaralı var
  18 İyul 2017    Oxunub:2401
Bakıda dərzi sexində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 m2 olan 4 otaqdan ibarət dərzi sexinin 3 otağının yanar konstruksiyaları 45 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olunub. Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti