Ruhaninin qardaşı azadlığa buraxıldı – 8,3 milyona

Ruhaninin qardaşı azadlığa buraxıldı – 8,3 milyona
  18 İyul 2017    Oxunub:3161
Maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunan İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun girov qarşılığında azadlığa buraxılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən təyin olunan girovun məbləği əvvəlcə 500 milyard rial (13,3 milyon dollar) təşkil edib. Sonradan məhkəmə girovun miqdarını 8,3 milyon dollaradək azaltmağa razılıq verib.

Qeyd edək ki, Hüseyn Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Ruhani  





Xəbər lenti