ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək - (VİDEO)

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək  - (VİDEO)
  18 İyul 2017    Oxunub:1811
ABŞ İranın raket proqramı və regionda “düşmənçilik fəaliyyəti” ilə bağlı bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ ev nümayəndəsi bildirib.
“Biz raket də daxil olmaqla bir sıra istiqamətlər üzrə İranın yürütdüyü siyasətlə bağlı onu məsuliyyətə cəlb etmək üçün yeni sanksiyalar tətbiq edirik”, - deyə Ağ Ev rəsmisi bildirib.

O, vurğulayıb ki, sanksiyaların iki il əvvəl İran və ABŞ da daxil olmaqla beynəlxalq birlik tərəfindən imzalanan sazişə aidliyi olmayacaq.
Bu saziş nəticəsində Vaşinqton Tehrana qarşı bir sıra sanksiyaları ləğv edib.

Bu arada Ağ Ev rəsmisi sanksiyaların nə vaxt və kimlərə qarşı tətbiq olunacağını açıqlamayıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti