Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
  18 İyul 2017    Oxunub:1089
Bakıda dənizdə batan şəxs xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:36-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti