"Qarabağ" UEFA-ya müraciət edib

"Qarabağ" UEFA-ya müraciət edib
  18 İyul 2017    Oxunub:1395
Məlum olduğu kimi, “Qarabağ”ımız sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Samtredia”yla qarşılaşacaq.
AzVision.az-ın"Qarabağ"ın saytıa istinadən verdiyi məlumata görə, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb. Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.

Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə klubumuz UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib. Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.

AzVision.az


Teqlər: Qarabağ   UEFA  





Xəbər lenti