Bu il uşaqlara ən çox qoyulan adlar - Statistika

Bu il uşaqlara ən çox qoyulan adlar - Statistika
  18 İyul 2017    Oxunub:14416
Bu ilin altı ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.
Ədliyyə Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. İlin əvvəlindən 1343 uşağa Yusif adı verilib.

Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (1006), Hüseyn (900), Ömər (752), Uğur (694), Məhəmməd (668), Murad (608), Ayxan (489), İbrahim (410) və Tunar (400) tutur.

Bu ilin altı ayı ərzində qız uşaqlarına ən çox Zəhra adı verilib (1256 dəfə). Sonrakı yerlərdə isə Nuray (1015), Zeynəb (760), Məryəm (721),

Fatimə (713), Aylin (683), Mələk (653), Dəniz (638), Damla (508), Ayandır (494).

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti