Paytaxt sakini mənzilində ölü tapılıb

Paytaxt sakini mənzilində ölü tapılıb
  17 İyul 2017    Oxunub:1524
Bakıda mənzildə meyit tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə daxil olan məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə yollanıb.

Onlar mənzilin qapısını açıblar və 1956-ci il təvəllüdlü Heydərov Səttar Qambay oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti